Əvvəllər TV-də reklam yerləşdirmək istəyən şirkət çox asanlıqla insanların nəyə baxdığını və məhsulunu hansı saatda yerləşdirərsə effekt əldə edəcəyini müəyyənləşdirə bilirdi. Çünki çox az sayda kanal var idi. Vaxt keçdikcə yeni-yeni kanalların ortaya çıxması və fərqli kontentlərin yayımlanması ilə insanların diqqətini də manipulyasiya etmək asanlaşdı. Bu vəziyyət uzun çəkmədi. Sonra kabel və peyk yayımlarının daha əlçatan olması ilə rəqabət artdı və eyni zamanda bu prosesin reklam effektivliyinə müəyyən təsirləri oldu.
Televiziya hələ də çox izlənilir. Yuxarıda qeyd olunan hallara baxmayaraq TV hələ də çox izlənilir. Yeganə fərq isə TV-ni necə izlədiyimizdir. Həqiqət budur ki, insanlar günün müəyyən saatlarında bir neçə cihazda, fərqli şəbəkələrdə (facebook, instagram, youtube və s.) verilişləri, süjetləri izləyərək həmişəkindən daha artıq TV-yə baxmış olurlar.
Bu heç də təsadüfi deyil. Ona görə ki, hazırda TV-nin fərqli kontent yaratmaq və yaymaq baxımından resursları çoxdur. Peşəkar avadanlıqlardan tutmuş kadr potensialına kimi. Günün istənilən saatında müxtəlif televiziyalarda marağınıza uyğun kontentlə rastlaşa bilərsiniz. Buna görə də oflayn və onlayn rejimdə TV daha çox izlənilir.
TV və reklam
Davranış və seçimlərdəki bu dəyişikliklər modern TV reklam yerləşdirilmədə yeni fürsətlər və eyni zamanda çətinliklər yaratdı. Artan yayım sayı, hədəfləmə, platformalardakı fərqliliklər və kütlə parçalanması TV-də markaları tanıtmaq üçün çoxlu sayda reklam strategiyalarının hazırlanmasını labüd etdi. Unutmayın ki, tamaşaçılar verilişləri, şouları, serialları necə və nə vaxt izləməyi seçsələr də, televiziya yenə də məlumatlılığın artırılması üçün ən güclü media vasitələrindən biridir.
Bəs TV-də reklam yerləşdirməklə nə əldə edirsiniz?
TV reklamın üstünlükləri nədir?
- Reklamınız daha çox adama çatır.
- Reklamınız daha ciddi qəbul edilir.
- Reklamınız daha ucuz başa gəlir.
Məsələn, bütün ölkəni əhatə edən məhsul satırsınız. Bu məhsulu, deyək ki, instagram reklamları vasitəsilə satmaq istəsəniz, o zaman gündə milyon yarım adama məhsulunuzu tanıtmaq üçün gündəlik təxminən 2000 manata yaxın pul ödəyəcəksiniz. Bu prosesi 30 gün üçün etdikdə 60 000 manat pul xərcləmiş olacaqsınız. TV-də gün ərzində minimum milyon yarım adama reklamınızı dəfələrlə göstərmək isə bundan qat-qat aşağı məbləğə başa gələcək. Həm də daha ciddi qəbul ediləcək. Beləliklə,
şirkət və ya məhsulunuzun adı viral yayılır;
eyni anda fərqli kontentlər içərisində müxtəlif hədəf kütlələrə reklamınız nümayiş etdirilir;
reklamınız daha yaddaqalan olur və markanız tanınır.
Reklam strategiyasının təsiri
TV reklamların effektivliyini artırmaq üçün yuxarıda qeyd elədiyim kimi fərqli strategiyalar hazırlamaq lazımdı. Eyni zamanda müxtəlif saatlarda, fərqli kanallarda ən çox izlənilən və hədəf kütlənizə uyğun kontentləri yaxşı tanımaq lazımdır. Həmçinin doğru mesajı, doğru vaxtda insanlara çatdırmaq vacib amil hesab olunur. Bunun üçün “VR production” olaraq sizə yardımçı olmağı təklif edirik. Biz TV reklam sahəsində müsbət və mənfi cəhətləri daha yaxşı anlayırıq və müştərilərimizə doğru olan strategiyanı hazırlayırıq. Bu səbəbdən markanızın daha çox tanıdılması üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Pulsuz təklif al