Həm yeni başlayan şirkətlər, həm də fəaliyyətdə olanlar üçün reklam vacib şərtlərdəndir. Amma keyfiyyətli və planlı şəkildə edilən reklamlar daha effektiv olur. Xüsusən spesifik kütləyə yönəlik məhsulunuz/xidmətiniz varsa, o zaman sosial şəbəkələr vasitəsilə təbliğat biznesinizin gəlir əldə etməyinə kömək edəcək vasitələrdən biridir.
Son statistik nəticələrə görə axtarışların 78%-i "Google"da edilir. İnsanların 80%-i ilk səhifədəki saytlara daxil olurlar. Əgər sizin sayt və seo işləriniz görülməyibsə, izləyicilər sizi tapmaqda çətinlik çəkəcəklər. Bunlar həll edildikdən sonra isə sizin cəlbedici sosial şəbəkə hesablarına ehtiyacınız olacaq.
SMM xidmətinə kim və nə daxildir?
- - SMM menecer – post planlayır, kontenti yerləşdirir və şərhlərə cavab verir.
- - Target menecer – düzgün hədəf kateqoriyasını seçir və hesabat təqdim edir.
- - Akkount menecer – müştəri ilə koordinasiya və sənədləşmə işlərini həyata keçirir.
- - SMM strateq – rəqibləri analiz edib SMM strategiyasını hazırlayır və yekun hesabatı təqdim edir.
- - Kopirayter – cəlbedici kontenti və dizayn ideyalarını formalaşdırır.
- - Dizayner – vizual strategiyanı formalaşdırır və postlara uyğun gündəlik dizaynları hazırlayır.
- - SEO mütəxəssis - məzmunun optimallaşdırılması və axtarış sistemlərində önə çıxmasıa çalışır.
Bu xidməti seçməklə nə əldə edirsiniz?
- - Hədəf kütlə - müştərilərin harada olmasını;
- - Rəqiblərin analizi - rəqiblərin ortaq və fərqli cəhətlərini;
- - Uyğun platformalar - Facebook, Instagram, Twitter, Linkedin, Youtube və s. platformalarda effektivlik;
- - Kontentin yaradılması - şirkətin vizyonunu əks etdirən maraqlı, yığcam və günün tələblərinə uyğun postlar;
- - SEO-ya uyğunlaşma - paylaşımınızın axtarış platformalarında öndə çıxmasına şərait;
- - Tanıtım – doğru hədəf kütləyə doğru mesajı lazımi vaxtda minimal büdcə ilə çatdırmaq.
Aşağıdakı platformalarda professional reklamlarınızı yayımlayırıq:
- - Youtube
Xidmətimizdən yararlanmaq və təkliflərimizlə tanış olmaq istəyirsinizsə, bizə e-mail vasitəsilə yaza və yaxud zəng vura bilərsiniz.
Sizi dinləməyə hər zaman şad olacağıq!