Demək olar bir çox şirkətlərin saytları yoxdu. Belə görünür ki, bunu heç də vacib saymırlar. Olanların bir çoxu isə ya vizual ya texniki cəhətdən heç də yaxşı vəziyyətdə deyil və istifadəçilər tərəfindən ciddi qəbul edilmir.
Bunun başlıca səbəblərindən biri bəzi sahibkarların hələ də rəqəmsal düşünə bilməməsidir. Görünür önəmini anlamırlar və yaxud anlamaq istəmirlər. Ancaq reallıq odur ki, dünya çoxdan bu yolu tutub və yeni trendlər dünyanın harasında olmasından asılı olmayaraq insanları ən çox cəlb edən xüsusiyyətlərdən biridir.
Bəs vebsayta sahib olmağın önəmi nədir? Niyə veb sayt hazırlatmalıyam?
Bunun üçün sizə 6 səbəb yazacam. Ümid edirəm bununla da dünyaya daha sürətlə inteqrasiya olmağın(m)ız üçün elə indidən hərəkətə keçəcəksiz ?
Səbəblər:
1. Veb saytlar niyə önəmlidir?
İnsanlar hər hansısa xidmətdən yararlanmaq üçün 93% hallarda google, yandex və s. platformalarda axtarış edir və orda çıxan nəticəyə görə qərar verirlər. Axtarış motorlarında yer almaq üçün isə sayta sahib olmaq ən yaxşı variantlardan biridir.
2. Veb sayt niyə önəmlidir? - professionallıq göstəricisidir.
Araşdırmalara görə 80% insan xidmətindən istifadə etmək istədiyi şirkətin saytının olub-olmamasını yoxlayır. Əgər sayt yoxdusa o zaman şirkət o qədər də güvənilir sayılmır (saytın professional hazırlanması da şərtlərdən biridir).
3. Veb sayt xidmətinizi/məhsulunuzu satmaq üçün sərfəlidir? Reklam üçün daha az məbləğ xərcləyirsiz.
Daha az xərcləyib daha çox effekt əldə etmək istəyirsinizsə o zaman sayta ehtiyac var. Saytın dizayn və funksionallığından asılı olaraq qiymətlər dəyişir. Bunu həll etdikdən sonra sayta trafik çəkmək üçün reklamlara ehtiyacınız olacaq. Nəzərə alsaq ki, insanların 93%-ı axtarış motorlarına (google, yandex və s.) müraciət edir, o, zaman sizin də saytın məhz həmin platformalarda reklamının yayımlanması məqsədə uyğundu. Əlbəttə paralel olaraq sosial şəbəkələrdə də reklamların yayımlanması daha yaxşıdı. Ancaq uzunmüddətli perspektivdə axtarış motorlarında xərclədiyiniz məbləğ sosial şəbəkələrdəkindən həm ucuz həm də daha effektiv nəticələr əldə etməyinizə yardımçı olacaq.
4. Veb sayt niyə önəmlidir? – sizə qalıcı dəyər verir.
Bir saytın ən böyük üstünlüklərindən biri də yatırım etdiyin məbləğin hər zaman sənə xeyir gətirə bilməsidir.
Məsələn satdığınız məhsulları hər hansısa bir platformada reklam etdiyiniz zaman insanlar ondan istifadə edər və reklam bitdikdən sonra yenə əvvəlki vəziyyətə qayıdarsız. Ancaq bir saytınız olduqda və reklamı onun üzərindən etdiyiniz zaman bu həm də axtarış motorlarında möhkəmlənməyinizə və gələcəkdə heç bir reklama xərc çəkmədən ilk səhifələrdə çıxmağınıza kömək edəcək. Bir növ SEO baxımından effektiv nəticələr əldə edəcəksiniz.
5. Veb sayt niyə önəmlidir? – dünyanın hər yerindən müştərilər sizi tapa bilər.
Bir veb sayt sifariş verərək dünyadakı hər kəsin sizi tapa bilməsi üçün imkan yaradın. İnternetdə asanlıqla satıla bilən bir məhsulunuz varsa, onlayn satış edərək müştəri bazanızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Əgər xidmətlərinizi onlayn sata bilmirsinizsə yenə də bir veb sayta sahib olmaqla düzgün marketinq strategiyası ilə əhatə dairənizin xaricində olan müştəriləri də cəlb edə bilərsiniz.
6. Veb sayt niyə önəmlidir? – veb sayt müştərilərin sizin xidmətlərlə asanlıqla tanış ola bilməsi üçün əla bir mərkəzdi.
Məs: elektronika satışıyla məşğulsuz və müştərilər hər dəfə sizinlə əlaqə saxlayıb eyni sualları verirlər. Belə olduqda həm iş yükü artır həm də əməkdaşınızın hər müştəriyə eyni məlumatı verdiyindən əmin ola bilmirsiz. Əgər bir veb saytınız olarsa o zaman bütün satdığınız, təmir etdiyiniz və s xidmətlərinizi kataloq şəklində saytda yerləşdirirsiz. Müştəriyə vermək istədiyiniz bütün məlumatları orda qeyd edirsiz. Beləliklə sayta daxil olan potensial müştəri bir çox suallarına cavab tapmış olur və ehtiyac yarandığı halda qaranlıq qalan suallarına cavab tapmaq üçün sizinlə birbaşa əlaqəyə keçir. Bu həm iş yükünün azalmasına həm də daha keyfiyyətli xidmət göstərə bilməyinizə kömək edir. Başqa bir xüsusiyyəti isə kataloqa əlavə etdiyiniz məhsulların google, yandex və s platformalarda eyni məhsul axtaran istifadəçinin qabağına çıxa bilməsidir. Bu da sizə əlavə müştərilər qazandıra bilər.
Bu bloq yazımızda sizə minimum 6 səbəb göstərdik. Ancaq əmin ola bilərsiz ki, səbəblər daha çoxdur və bu sizin satmaq istədiyiniz məhsuldan asılı olaraq dəyişir.
Əgər düşünürsünüzsə ki, veb sayt sizə önəmlidir o zaman bizimlə əlaqə saxlaya bilərsiniz. Sizi eşitməyə hər zaman şad olacağıq.
Pulsuz təklif al