İlk dəfə 2000-ci ilin əvvəllərində bir termin olaraq populyarlaşan rəqəmsal marketinq, əslində, çoxdan mövcuddur. Daha doğrusu lap çoxdan. Minimum 100 il bundan əvvəli fikirləşə bilərsiniz.
Bəs tarixdə ilk rəqəmsal marketoloqun Guglielmo Marconi olduğunu desək?
Bəli, bəli. 1896-cı ildə “simsiz siqnalların kütləvi ötürülməsini” nümayiş etdirən ilk şəxs. Bu adam radionu kəşf etdi və bununla da yeni imkanlar yarandı. İngiltərədə təqdimatdan az sonra açıq dənizdən “morze kodları” kimi tanınan siqnalları ötürdü. Beləliklə radionun əlçatanlığı üçün 10 il vaxt sərf olunsa da yaradıcı insanların bu üsuldan reklam aləti kimi istifadə edə biləcəklərini başa düşməyə çox vaxt lazım olmadı.
İlk yayım Metropolitanda opera nümayişi idi və təxmin edin, insanlar bundan sonra nə etdi? Biletləri aldılar, həm də kütləvi şəkildə. Beləliklə, reklam işə yaramışdı. Bununla da rəqəmsal marketinq strategiyası doğuldu.
Əminəm ki, təəccübləndiniz - rəqəmsal marketinqdən danışıb niyə ağıllı telefonlardan, tətbiqlərdən, facebook reklamlarından və ya bloqlardan heç bəhs etmədim? Bunun səbəbi, əslində, rəqəmsal marketinqin internetlə heç bir əlaqəsinin olmamasıdır.
Bəs rəqəmsal marketinq nədir?
Rəqəmsal kanallar vasitəsilə təqdim olunan reklamlara rəqəmsal marketinq deyilir. Sosial media, mobil proqramlar, e-poçt, veb tətbiqetmələr, axtarış motorları, veb saytlar və s. bu sıraya aiddir.
Rəqəmsal marketinqin iki əsas sütunu onlayn marketinq və oflayn marketinqdir. Bununla yanaşı, oflayn marketinq haqqında ayrıca bir bloqda danışacağımızdan bu dəfə yalnız onlayn marketinqin müxtəlif sahələrini qeyd edəcəyik.
Onlayn marketinqin 7 əsas kateqoriyası:
- Axtarış motoru optimaziyası (SEO)
- Axtarış motor marketinqi (SEM)
- Məzmun marketinqi (Content marketing)
- Sosial Media Marketinqi (SMM)
- Klik (tıklama) başına reklam (PPC)
- Tərəfdaşlıq (affilate) marketinqi
- E-poçt marketinqi (e-mail marketing)
Rəqəmsal marketinq haqqında əlavə və mühüm detalları növbəti bloqlarımızda ətraflı şəkildə izah edəcəyik.
Pulsuz təklif al