
Müasir dövrümüzdə internet heç də hamıdan uzaqda deyil. İnternet indi insanların həyatının ən önəmli parçasıdır. Bu o deməkdir ki, son illərdə aparıcı mövqedə duran rəqəmsal marketinq sahəsindən kənarda qalmış sahibkarlar və brendlər həm öz rəqibləri, həm də rəqəmsal marketinqi uğurla tətbiq edən bütün markalarla mübarizə aparmalıdır.
Rəqəmsal marketinqin çətin tərəfləri
Yuxarıda da qeyd etdiyimiz kimi, rəqəmsal marketinqin əhəmiyyətini dərk edən markalar özünü tanıtmaq üçün fərqli üsulları yoxladı. Bunun nəticəsində sosial şəbəkələrdə (həmçinin rəqəmsal bütün kanallarda) qarşılaşdığımız reklamların sayı durmadan artır. Bəs bu qədər reklamın və rəqəmsal yanaşmanın arasında fərqlənmək və müştəriyə təsir etmək üçün nə etməli?
Bir neçə əsas addımı sizinlə paylaşacağıq:
1. Trendləri izləyin və dəyişikliyə açıq olun. Sürətli şəkildə artan marka çoxluğu, brendləşmə, rəqəmsal marketinq mütəxəssisləri arasındakı rəqabət, müştərilərin səbirsizliyi və kreativ xidmətlər arzu etməsi – bunların hamısı sizin addımlarınızı bir qədər çətinləşdirsə də, qərar vermə sürətini azaltmamalıdır. Sürətlə dəyişən rəqəmsal dünyada rəqibləriniz qərar verənə kimi yenilikləri tətbiq etməlisiniz.
2. Rəqiblərinizdən fərqli olun, sadəcə sizə aid olan yanaşma və kontentlərlə tanının. Markanıza xüsusi dəyər qatan, yenilikçi, kreativ, müştərinin arzusunu dilə gətirən kontentlər yaratmağa çalışın. Unutmayın ki, bu zaman tələb edən və bir qədər çətin bir işdir. Ancaq rəqəmsal marketinqdə həm müştərini valeh edəcək, həm də məlumatlandıracaq vizual və sloqanlarla çətin olan bu işin öhdəsindən gələ bilərsiniz.
3. Diqqətləri cəlb edən dizayn yaradın. İnsanların önəm verdiyi ilk şey hər zaman görünüşdür. Gözyorucu, kobud dizayn edilmiş saytı və ya sosial media səhifələrini heç kəs diqqətlə nəzərdən keçirmək istəmir. Tamamlanmış dizayn, uyğun rəng seçimi, yazı tipi və s. – hər bir detal markanızı təmsil edir. İnsanlara yaxşı təsir etmədə ilk silahınız xoş qarşılanacaq dizayn yaratmaqdır.
4. Hədəflərinizi əvvəlcədən müəyyənləşdirin. Hədəf kütlənizi yaxşı tanımalı və ona əsasən də növbəti qərarlarınızı təsbit etməlisiniz. Sizin markanıza aid, xüsusi strategiya planlaşdırmalı və hər rəqəmsal platformaya uyğun stil seçməlisiniz. Bunu edərkən vermək istədiyiniz mesajın və qurduğunuz strategiyanın tamlığının pozulmamasına diqqət edin.
5. Web saytınızı rahat istifadə oluna biləcək formaya salın (əgər saytınız yoxdursa, tez zamanda bir sayt hazırlamağa başlamalısınız). İnsanlar sizin markanız haqqında məlumat almaq istərkən bu məlumatı tez və dəqiq əldə etməlidir. Ona görə də hazırladığınız saytda xidmətlər (məhsullar və s.) aydın şəkildə qeyd olunmalı, fəaliyyətiniz və uğurlarınız olduğu kimi çatdırılmalıdır. Mümkün qədər hamının başa düşə biləcəyi sadə, qısa məlumatlar doldurulmalı və saytın dizaynı qarışıq, səmərəsiz təəssürat yaratmamalıdır.
Pulsuz təklif al