
Rəqəmsal marketinq fəaliyyəti ilə məşğul olan reklam agentlikləri marketinq dünyasına yenilik qatmağa başladı. Reklam agentlikləri markaların ən uyğun şəkildə hədəf kütləsini planlaşdırmağa və doğru strategiya ilə reklam planının idarə edilməsinə dəstək olur. Demək olar ki, bütün reklam fəaliyyətini öz öhdəliyinə götürür. Reklam agentliklərinin işi bununla məhdudlaşmır, həmçinin reklam fəaliyyətinin analizi, nəticələrinin təhlil olunması, növbəti addımları müəyyənləşdirmək kimi xidmətləri də təklif edir. Reklam agentliyi hər bir istiqamət üzrə ixtisaslaşmış peşəkar komanda heyətindən ibarət olduğu üçün ayrı-ayrı şirkətlərdə effektsiz nəticələnən marketinq fəaliyyətləri onlar tərəfindən daha səmərəli üsulla həyata keçirilir. Kreativ və fərqli baxış bucağı, müştərinin dilindən anlayan marketinq komandası sizə lazımdır. Belə olduqda siz bir sahibkar kimi digər işlərinizə daha çox vaxt ayıra biləcək, bu müddətdə də markanızın (xidmətləriniz, məhsullarınız – biznesiniz) daha çox şəxs tərəfindən tanınmasının, bazarda irəli mövqelərdə yer tutmasının zövqlə şahidi olacaqsınız.
Rəqəmsal marketinq nə qazandırır?
Müasir dövrümüzdə rəqəmsal marketinqə üstünlük verərək ənənəvi marketinq fəaliyyətlərinə nisbətən daha çox avantaj əldə etmək mümkündür. Həm də sosial media sizə müştərilərinizlə sürətli və rahat ünsiyyət qurmaqda yardımçı olur. Rəqəmsal marketinq kanallarında insanlara biznesinizi doğru şəkildə tanıtmağı bacarsanız, həm müştərilərlə ünsiyyət bacarıqlarınız inkişaf edəcək, həm də bu yolla satışları artıra biləcəksiniz. Çünki müştəridə güvən hissini formalaşdırmaq bacarığınız özünüzü necə tanıtmağınızdan asılı olaraq müəyyənləşir.
Yenilikçi rəqəmsal marketinq həlləri:
1. Sosial media idarəetməsi (sosial media marketinq – SMM)
2. Influenser marketinqi
3. Axtarış motoru optimaziyası (SEO)
4. Kontent marketinq (kontent yaratma, kopiraytinq və s.)
5. E-mail marketinqi
6. Dijital reklamlar
7. Veb sayt hazırlanması və s.
Rəqəmsal marketinq niyə bu qədər məşhurdur?
Nəzərə alın ki, insanlarla sürətli şəkildə əlaqə yaratmaq digər fəaliyyətlərinizin uğurlu olmasına zəmin hazırlayır. Axı sizin məqsədiniz daha çox müştəriyə tez zamanda çata bilməkdir. Rəqəmsal marketinq birinci sırada bu həll yolu ilə köməyinizə çatır.
- Hədəf kütləni rahatlıqla seçmək mümkündür;
- Rəqabət məkanını təyin etmək və rəqiblərin fəaliyyətini analiz etmək asanlaşır;
- Az büdcə ilə çox insana çatmaq, satışları artırmaq imkanı;
- Nəticələri, gələcək planları dəyərləndirmə fürsəti və bir çox üstünlük əldə etmək imkanı.
Rəqəmsal marketinqin mahiyyətini sizlərə təqdim etdik. Əgər siz də rəqiblərinizdən daha fərqli marketinq strategiyası ilə önə çıxmaq, markanızın dəyərini müştərilərə ən doğru şəkildə çatdırmaq istəyirsinizsə, "VR" Production olaraq daim dəstəkçinizik!
Pulsuz təklif al