
Bundan öncəki bloqda instagram hesabına sahib olan insanlar üçün bir instagram profilində vacib olan detallardan danışdıq. İndi isə fərqli bir tərz yaradan və aktiv instagram istifadəçisi olan həmin insanların səhifələrini böyütmək üçün etməli olduğu hərəkətləri incə-incə izah edəcəyik.
Instagram-da izləyici (follower) sayını artırmağın yolları
Səbirli olun və instagram profili üçün vacib istifadəçi davranışlarını yerinə yetirdiyinizdən əmin olun. Zamanla böyüyəcək və ağıllarda iz qoyacaqsınız.
Instagram-da necə böyümək olar?
1. Profilin “bio” hissəsində lazımlı məlumatı verdiyinizdən əmin olun – nə artıq, nə də əskik. Sizin kim olduğunuz barədə aydın təsəvvür yaranmalıdır. Əgər hamıya açıq olan səhifə işlədirsinizsə, “peşəkar hesab”a keçid edin və bu profillə istifadəyə davam edin. (Məsələn, təlimçisinizsə “trainer”, həkimsinizsə “doctor” və s. adlar profilinizin başında görünəcəkdir.)
2. Paylaşım etmək üçün ən doğru zaman nə vaxtdır? Bu “doğru vaxt” anlayışı istifadəçidən istifadəçiyə dəyişir. Eyni zamanda sizin kütlənizin (hədəf kütlənin) instagram-da hansı zaman aralığında aktiv olması bu nəticəyə təsir edən faktorlardandır. Bunun üçün instagram statistikası (bu peşəkar və ya biznes hesabında mövcud olan ayrı bir özəllikdir) köməyinizə çatacaq.
3. Davamlı paylaşım edin, aktiv olun. Normal olan hal həftə ərzində 4 paylaşım etməkdir. Əslində isə bu rəqəm yenə də istifadə etdiyiniz səhifənin məqsədindən, sahib olduğunuz işdən, hədəf kütlədən asılı olaraq dəyişən bir rəqəmdir. Əsas nüans yenə də davamlılıq prinsipinə əməl etməkdir.
4. Instagram alqoritminin necə çalışdığını öyrənmək və buna uyğun hərəkət etmək lazımdır.
5. Ancaq şəkil paylaşmayın. Müxtəlif üsullardan faydalanın: video, maraqlı reels fikirləri, story və s.
6. Sizin yaratdığınız kontent diqqət cəlb etməlidir. Müştərilər satış reklamlarına görə sizi izləməyi seçmir, biznes səhifənizdə onları əyləndirəcək və ya onlara yararlı ola biləcək kontentlər gördükdən sonra sizi izləməyə qərar verirlər.
7. Paylaşacağınız video, şəkil və s.-nin son görünüşünü tamamlayacaq mətn yazısı əlavə edin. Şərt deyil ki, bu mətn uzun olsun. Bəzən 3 cümlə, bəzən 1 söz, hətta bəzən 1 emoji də yetərli ola bilir.
8. Etiketlərdən istifadə edin, amma ustalıqla. Belə ki, maksimum fayda üçün 6-9 etiket (hashtag) kifayət edir. Instagram platforması isə maksimum 30 etiket istifadəsinə icazə verir, lakin bu o demək deyil ki, 30 etiket sayının hamısı istifadə olunmalıdır. Bu, kontentdən kontentə dəyişə bilən bir vəziyyətdir.
9. İzləyicilərinizlə söhbət edin, onlarla əlaqə qurun. Nə qədər çox əlaqə varsa, o qədər çox böyümə şansınız var.
10. Instagram davranışlarınızı təhlil edin, nəticələri dəyərləndirin və buna uyğun hərəkət edin. Ən əsası isə daha çox adama çatmaq üçün instagram səhifənizi veb saytınız varsa, saytınıza, eləcə də başqa sosial şəbəkə platformalarında profilinizə əlavə edin. Dəyişimə və yeniliyə açıq, yaradıcı olmağa çalışın.
Əgər bütün bunlara rəğmən yenə də uğursuz nəticələr ilə üzləşir, istədiyiniz izləyici sayına çata bilmir və “instagram” istifadəçilərindən uzaq qalırsınızsa, saytımızdakı “Pulsuz təklif al” formunu doldurun, sizə dərhal kömək edək.
Pulsuz təklif al