
Reklam
Reklam hər qurum üçün, hətta sıravi insanlar üçün də çox maraqlı bir ünsürdür. Reklam sahəsində çalışmayan, bu işin mütəxəssisi olmayan insanlar belə izlədiyi, gördüyü hər reklamı təhlil etməyə, onun uğurlu olub-olmadığını aydınlaşdırmağa çalışır. Odur ki, valehedici, heyrətləndirən reklam çatdırmaq istədiyi mesajdan daha çoxuna nail olur.
Uğurlu reklam hansı yollardan keçir?
İndi isə reklamın əsas maddələrini sizlər üçün hazırladıq:
1. Reklamı düzgün seçilmiş yollarla və uyğun platformada yayımlamaq
Məsələn, bəzi şirkətlər çox insanın izləmədiyi, maraqlanmadığı platformalarda reklam verir və bunun bir nəticəsi olmur. Diqqət çəkmək istəyirsinizsə, səsin, görüntünün daha effektiv olduğu sahələrdə (məsələn, TV reklam ola bilər) reklam verməyə üstünlük verməlisiniz.
2. Hədəfiniz geniş olsun
Əgər bir marka sadəcə məhsulu və ya xidməti almağa qərar vermiş – buna ehtiyacı olan insanları hədəfləyən reklam fikri düşünərsə, böyüyə bilməz. Reklam geniş kütləyə xitab etməlidir. Sizi tanımayanlara özünüzü tanıtmalısınız.
3. Tanının
Sizi tanımalıdırlar. İnsanlar yaddaşında çox az sayda marka saxlayır. Onların yaddaşında qala biləcək detallarla özünüzü tanıtmağı seçməlisiniz. Unudulan reklam da bir növ unudulan markadır.
4. Duyğulara təsir etməyi öyrənin
Qərar vermə prosesi duyğulardan keçdiyi üçün reklamda, müştəriyə münasibətdə və s. insanların duyğuları ilə oynayın. Əgər sizi izləyənin duyğularını hərəkətə gətirə bilmisinizsə, siz ən böyük uğurlardan birini artıq əldə etmisiniz. Təsirli videossenarilərin hazırlanmasını komandanıza tapşırmaqla ilk addımı ata bilərsiniz.
5. Reklamın mənalı olması əsas şərt deyil
Əgər həyata keçirmək istədiyiniz reklam fikri yaradıcıdırsa, mənalı olmasa da olar. Fərqliliyi yaxşı şəkildə əks etdirə bilmək də önəmlidir. Qısaca, məntiqi reklamdan uzaq tutmaq lazımdır.
6. Fikir çox vacibdir
Xüsusi, bir o qədər fərqli fikrə sahib olmaq və hər yeni reklam addımında bu fikrin əsasını dəyişmədən yeni üsullarla ortaya çıxarmaq çox maraq oyadacaq.
7. Unutmayın ki, reklam əksər hallarda zəif bir gücdür
Reklam ona görə zəif hesab olunur ki, onun təsiri və nəticəsi qısa müddətdə ola bilməz. Amma uzun müddətdə bu təsiri yeniləmək mümkündür. Siz nə qədər effekiv reklam planı həyata keçirsəniz də, şərt o deyil ki, hamı sizi başa düşəcək və bəyənəcək. Hər kəsi qane etmək mümkünsüzdür. Əsas odur ki, siz kütlənizi anlaya biləsiniz və onlara çatmağı bacarasınız. Məhz bu məqamda reklam üsullarını yaxşı tətbiq etmək gərəklidir.
Reklam planı necə hazırlanmalıdır?
Əslində, bu, sizin biznesinizin və ya çalışdığınız qurumun reklama nə qədər büdcə ayırmaq istədiyindən asılı olaraq dəyişir. Reklam harada yayımlanacaq, kimlərə xitab edəcək? Hədəf kütlə yaxşı təhlil olunubmu? Bu kimi suallara cavab tapmaqla öz reklam yolunuzu seçə bilərsiniz.
Pulsuz təklif al