
Siz digital marketinqdə hansı səhvləri edirsiniz? Bu bloqu oxuyun və əvvəl etdiyiniz səhvləri təkrarlamayın.
Bildiyiniz kimi, digital marketinq çox hərəkətli, daim dəyişən və yenilənən bir mühitdir. Bu mühitə tez uyğunlaşmaq bacarığı sizin istəyinizdən, qətiyyətinizdən və sahib olduğunuz informasiyanın faydalılığından asılı olaraq dəyişir.
Etdiyiniz səhvlər əldə etdiyiniz müştərilərin itirilməsinə və ya nisbətən yüksək bir büdcənin sizə fayda və qazanc gətirmədən uçub getməsinə səbəb ola bilər. Ən pis halda heç bir insanın ağlında qalmayan ötüb keçmiş bir marka olaraq, digərlərindən fərqliliyini sübut edə bilmədən unudulan bir biznes sahəsi olaraq davam etmək məcburiyyətində qalarsınız.
1. Hədəf kütləni müəyyənləşdirməkdə yanlış təsəvvür
Ola bilər ki, sizin məhsulunuz mükəmməldir, çox insanın sevəcəyi bir məhsuldur və ya göstərdiyiniz xidmət faydalılığı, fərqliliyi ilə, rəqiblərinizin göstərdiyi xidmətdən bir çox cəhəti ilə müsbət mənada seçilir. Əgər siz doğru seçilmiş adamlara müraciət etməsəniz, təbii ki, sizi tanımaq istəməyəcəklər.
Burada tək məqsəd müəyyən qruplardan ibarət hədəf kütləni adlandırmaqla və seçməklə kifayətlənmir. Hədəf kütləni təşkil edən insanların davranışları, maraqları, təhsil səviyyəsi, ümumilikdə, həyat tərzi olduqca əhəmiyyət daşıyır. Ətraflı təhlil və analiz doğru hədəf kütləyə gedən yolda ilk ünsürlərdir.
(Məsələn, hər halda vegeterian insanlara ət satmaq istəyən biri kimi, supermarketdə ərzaq əvəzinə paltar bolluğu ilə üzləşən müştərinin məmnunsuzluğuna səbəb olan bir müəssisə, tələbə büdcəsini nəzərə almadan sırf gənclərin geyim stilinə xidmət edən və olduqca bahalı geyimlər satan bir geyim brendi kimi gözdən düşmək istəməzsiniz.)
2. Bazar araşdırması etməmək, bazarın ehtiyaclarını görməzdən gəlmək
Davamlı bazar araşdırması etmək, rəqibləri analiz etmək məhsulu (və ya xidməti) nə zaman gün üzünə çıxarmalı olduğunuza, hansı detallara diqqət etməli olduğunuza yol göstərir.
Rəqibləri izləmək sizdə aqressiya yaratsa da, onların müsbət addımlarından dərs çıxarmalı, yeni bir reklam strategiyası planlaşdırmalısınız. Uğurlu rəqibləri anlamaq müştərini anlamaq deməkdir.
3. Səhv resurslara investisiya, resursu seçə bilməmək
Hər şeyə pul xərcləmək, hətta yüklü miqdarda pul xərcləməkdən çəkinməmək də doğru davranış deyildir. Doğru seçilən resurslara, sizi irəli aparacaq iş planlarına büdcə ayırın. Bu zaman nə qədər çox büdcə xərcləsəniz, itirməyəcəksiniz, əksinə çox qazanacaqsınız.
4. Saytın hazırlanması ilə işin bitdiyini sanmaq
Sayt hazırdır, bir imic, çox gözəl dizaynlı sayta sahib olduğunuzu sanırsınız. Amma saytın SEO məsələləri, tərkibindəki kontentin təkrarlanan olması, dəyişməyən və yenilənməyən məzmun, saytın istifadəçi üçün əlverişli olmaması və s. səbəblərdən saytınız sizin onu unutduğunuz kimi müştəri tərəfindən də artıq xatırlanmır.
5. Müştəriyə hansı mesaj çatdırılır?
Nə demək istədiyinizi istədiyiniz qədər bəzəyə bilərsiniz. Amma daha yaxşı mesaj verəcəyəm deyərkən səhv anlaşılmayın. Müştərini verdiyiniz məlumatdan əmin edin, müştəri sizə etibar etsin, ən önəmlisi, sizi başa düşsün. Sizi anlayan insanlara o zaman mesaj istədiyiniz kimi çatacaqdır.
6. Mütəxəssisdən faydalanmamaq
Az müəyyənləşdirilmiş əməkhaqqı ilə mütəxəssis olmayan, lakin sizin dilinizdə “işi bacaran” insanlara digital marketinqin mürəkkəbliyini əmanət edə bilməzsiniz. Əmanət edə bilərsiniz o halda ki, siz özünüz də yaxşı bilirsiniz və öyrədirsiniz. Və ya işçilərinizi öyrətməyə kifayət qədər resurs ayırırsınız. Bu imkanlar sizin üçün çətindirsə işini yaxşı şəkildə həyata keçirən, hədəf kütlənizi anlayan və ona istiqamətlənməyi bacaran marketinq agentliyi ilə razılaşa bilərsiniz. Ən uğurlu seçim, əlbəttə ki, mütəxəssis seçimidir.
Unutmayın: Digital marketinq biznesinizin yeni üzüdür!
Pulsuz təklif al